Piramida MMC - quru inşaat sahəsində bütün növ tikinti xidmətləri (layihələndirmə, materialların sərfiyyat hesablamsı, materialların təchizadı və gips, gips lifli, və sement lövhələri əsasında istənilən növ konstruksiyaların quraşdırılması), rəngləmə və tamamlama işlərinin tam çeşidi, müxtəlif yüksəldilmiş döşəmə sistemlərinin layihələndirilməsi, təchizatı və quraşdırılması üzrə ixtisaslaşmış milli tikinti şirkətidir. 12 ildən çoxdur ki, Azərbaycanda 100 -dən çox inşaat layihəsi üçün yüksək keyfiyyətli tikinti xidmətləri göstərmişik.
2009 -cu ildən başlayaraq Marriott Hotel Baku, Trump Tower Baku, Port Baku, Four Seasons Hotel, Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Seabreeze Resort və bir çox digər layihələrin inşasında iştirak etmişik. İşçilərimizin təliminə çox vaxt sərf olunurdu. Knauf, Grohe, Rehau kimi şirkətlərin təlimlərində iştirak etmişik. Strabag, Permasteelisa, Lindner və bir çox digər xarici şirkətlərlə birlikdə birbaşa inşaat sahələrində çalışaraq komandamız qazandığı nəzəriyyəni praktikada möhkəmləndirdi.
Pyramid Studio MMC, 2014 -cü ildə komandamız ilk birbaşa sifarişlərimizi almağa başlayanda qurulmuşdur. Bu gün daimi işçilərimizin sayı 80 nəfərdən çoxdur və demək olar ki, həmişə eyni vaxtda 2-3 tikinti sahəsində işləyirik.
Yolumuzun əvvəlində kiçik layihələrdən başlayaraq və əsasın daha böyük inşaat şirkətlərinə xidmət göstərərəq, bu gün fəaliyyət sahəmizdə ən yaxşılardan biri olmağımıza və hər zaman istənilən həcmdə işlərin yüksək keyfiyyətlə yerinə yetirməyə hazır olduğumuza qürur duyuruq. İşimizi bilirik və sevirik!